Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib

Ədalət Vəliyev və Arzuxan Əlizadə arasında görüş keçirilib

Bu gün Prezident Adminstrasiyasında “Siyasi Partiyalar və Qanunverici Hakimiyyəti ilə əlaqələr şöbəsi”nin müdiri Ədalət Vəliyev və AMİP-in sədr əvəzi Arzuxan Əlizadə arasında görüş keçirilmişdir.

Görüşdə sağlam iqtidar-müxalifət münasibətlərinin perspektivləri, siyasi partiyaların cəmiyyətin demokratikləşməsində yeri və rolu istiqamətində fikir mübadiləsi aparılmış, həmçinin AMİP-i maraqlandıran bir sıra məsələlər müzakirə olunmuşdur.

Görüşdə həmçinin pandemiya şəraitinin AMİP-in növbəti Qurultayının keçirilməsinə yaratdığı çətinliklər və Qurultayın onlayn qaydada keçirilməsinin mümkünlüyü ilə bağlı da fikir mübadiləsi aparılmışdır.

Sonda Ədalət Vəliyev həmçinin AMİP-in təsis olunmasının 28 illiyi münasibətilə Milli İstiqlalçılara təbriklərini çatdırmışdır.

Mənbə: moderator.az