Prezident Trampın Rushmore dağına səyahəti zamanı maska taxmaq məcburi olmayacaq

Prezident Trampın Rushmore dağına səyahəti zamanı maska taxmaq məcburi olmayacaq

Prezident Donald Tramp Müstəqillik Gününü qeyd etmək məqsədi ilə cümə günü Cənubi Dakotada "Rushmore" dağına çıxır. Tədbirdə minlərlə insanın da iştirakı gözlənilir.

Baxmayaraq ki, ABŞ COVID-19-a yoluxma hallarının sayına görə dünyada liderlik edir, yerli rəsmilər tədbirdə sosial məsafə və ya maska taxmağın məcburi olmayacağını söyləyirlər. Bununla birlikdə, istəyənlər üçün pulsuz maskalar veriləcək.

Cənubi Dakotanın respublikaçı qubernatoru Kristi Noem bu həftənin əvvəlində Fox News-da deyib ki, "Biz narahatlıq keçirən şəxslərə evdə qala biləcəklərini bildirmişik".

Washington Post xəbər verir ki, vitse-prezident Mayk Pensin bu həftə Arizonaya səfəri çərşənbə axşamından çərşənbə gününə təxirə salınıb. Buna səbəb isə səfəri təşkil edən Gizli Xidmət Agentlərinin özlərini xəstə hiss etməsi və ya simptomlar göstərməsidir.

ABŞ-da cümə axşamı koronavirusa 50 mindən çox yeni yoluxma halı qeydə alınıb. Ölkə üzrə yoluxmaların yarısı təkcə dörd ştatada - Arizona, Kalifornia, Florida, Texas qeydə alınıb.

Koronavirusa yoluxmaların artanmasını səbəb ilə Nyu Cersi qubernatoru maska taxılmaması və sosail məsafə saxlanmamasını "axmaq davranış" adlandırıb.

Bu günə qədər dünya üxrə virusa təqribən 11 milyon insan yoluxub. ABŞ-da yoluxmaların sayı isə 3 milyona yaxınlaşır.

Mənbə: www.amerikaninsesi.org