Yunan yazar: Türklər qarşısında tab gətirməyəcəyik!

Yunan yazar: Türklər qarşısında tab gətirməyəcəyik!

Belə davam edərsə, Yunanıstan Türkiyə qarşısında ayaqda qalmağı bacarmayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Xronos Yunan” portalında dərc olunan Anastasios Lavrentzosun müəllifi olduğu məqalədə deyilib.

“Bu gün Türkiyə Liviya, Suriyadakı proseslərə yön verdi. Xüsusilə, Liviyadakı gedişatı tərsinə çevirməyi bacardı. Bundan əlavə, Türkiyə Somalidən Albaniyaya, Tunisdən Pakistana xüsusi münasibətlər şəbəkəsi yaradır. Belə bir ölkə (Yunanıstan) belə bir qonşu (Türkiyə) qarşısında tab gətirə bilməz. Düşüncə və siyasət köklü şəkildə dəyişilməlidir”, - deyə bildirilib.

Mənbə: axar.az