“Redaksiyaların əməkdaşlarını koronavirus testindən keçirməsi arzuolunandır”

“Redaksiyaların əməkdaşlarını koronavirus testindən keçirməsi arzuolunandır”

Müşfiq Ələsgərli: “Nə qədər riskli olsa da, jurnalistlərin də polis və həkimlər kimi fəaliyyət göstərməsi vacibdir”

TƏBİB-in İdarəHeyətinin sədri Ramin Bayramlı jurnalistlər arasında pandemiyaya yolxuma iləbağlı yeni açıqlama ilə çıxış edib. Media nümayəndələri aarsında yoluxmahallarına rast gəlindiyini bildirən TƏBİB rəhbəri, qeyd edib ki, jurnalistlərarasında da yoluxduğunu bilməyənlərin olması mümkündür.

Maraqlıdır, medianümayəndələri arasında yoluxma hallarının artması medianın fəaliyyyətinə, onunçevikliyinə mənfi mənada təsri göstərə, cəmiyyətin informasiya ilə təminatındaproblemlərə səbəb ola bilərmi?

Moderator.az-aaçıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlarİttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli vəziyyətin kifayətqədər ciddi olduğunu və redaksiyaların yaranmış vəziyyəti nəzərə alaraq bəzi tədbirlərhəyata keçirməsinin vacib olduğunu vurğuladı:

“Yoluxmanın sürətləndiyivə proseslərin mənfiyə doğru getdiyi göz önündədir. Biz mayın 16-da açıqlamavermişdik. Bildirmişdik ki, Azərbaycanda bir nəfər də olsun virusa yoluxanjurnalist yoxdur. Iyunun 30-da açıqlama verəndə isə bildirdim ki, artıq 18jurnalist virusa yoluxub, bir nəfər isə dünyasını dəyişib. Bu gün həminaçıqlamanın üstündən 3 gün keçib və bu günün statistikası göstərir ki, 28jurnalist koronavirusa yoluxub, 3 nəfər isə dünyasını dəyişib. Üç gün içərisindəkidəyişiklik göstərir ki, vəziyyət kəskin şəkildə pisləşir. Odur ki, təcili tədbrilərgörülməlidir

AZ TV, İTV, CBCTV öz əməkdaşlarını kütləvi şəkildə test yoxlanışından keçirir. Yaxşı olar ki,KİV-lər də öz əməkdaşlarını testdən keçirsin.

Bildiyinizkimi, yoluxma simptomlu və simptomsuz olur. Elə adam var ki, virusun daşıyıcısıolsa da bunu bilmir. Beləcə gəzib-dolaşır. Bu baxımdan KİV-lər də əməkdaşlarınıtestdən keçirməli, koronavirus aşkarlanan əməkdaşları təcrid etməli, onalrınmaddi təminatına da kömək etməlidirlər.

Cəmiyyətiinformasiyasız qoymaq olmaz. Jurnalistlər işləməldir. Necə ki, poislər və həkimlərrisk bölgəsində işləyirlər, jurnalistlər də riskli olsa da işləməlidirlər. Əkstəqdirdə, vəziyyət daha pis ola bilər”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az