Türkiyədə gündə 7 milyon çörək israf edilir: ildə 3 milyard lirə

Türkiyədə gündə 7 milyon çörək israf edilir: ildə 3 milyard lirə

"Gündə 7 milyon çörək israf edilir. Bu o deməkdir ki, ildə 3 milyard lirə zibilliyə atılır".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin Sahibkar və Sənətkarlar Konfederasiyasının rəhbəri Bendevi Palandöken deyib. O, pandemiya səbəbindən evlərdə çörək bişirilməyə başlandığını, buna baxmayaraq yenə də israfın eyni səviyyədə olduğunu bildirib:

"Un, maya, qabartma tiozu kimi məhsulların satışında artım yaşanarkən, çörək satışı 20 faiz həcmdə azalıb. Lakin israfın həcmi dəyişməyib. Evdə də bişirsək, çörək zavodundan da alsaq israf davam edir. İsrafın qarşısını ala bilsək, ildə 300 ədəd 40 sinifli məktəb tikdirə bilərik. Daha diqqətli və ağıllı şəkildə hərəkət etməliyik və həm cibimizi, həm də iqtisadiyyatımızı düşünərək yeyə biləcəyimiz qdər çörək almalıyıq".

Camal

Mənbə: qaynarinfo.az