190 manatın veriləcəyi tarix açıqlandı

190 manatın veriləcəyi tarix açıqlandı

Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanların iyun ayı üçün 190 manat birdəfəlik ödənişlərinin yaxın 2-3 gündə verilməsinə başlanacaq.

Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, yoluxma riskinin minimuma endirilməsi üçün ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır:

"Həmçinin, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki qeydiyyatında olanlar üçün də 190 manatlıq birdəfəlik yardımların verilməsi müzakirə edilir. Yaxın zamanda bunula bağlı müzakirələrin nəticəsi məlum olacaq".

Mənbə: pravda.az