Pakistan xarici işlər naziri koronavirusa yoluxub

Pakistan xarici işlər naziri koronavirusa yoluxub

Pakistan xarici işlər naziri Şah Mahmud Qureyşi COVID-19 virusuna yoluxub...

PİA.az xəbər verir ki, bu barədə nazirin özü “Twitter” hesabından bildirib:

“Bu gün günorta vaxtı bir az qızdırma hiss edib dərhal evimizdə özümü karantinə aldım. COVID-19-la bağlı testim müsbət çıxıb. Allahın mərhəmətilə özümü güclü və gümrah hiss edirəm. Evdən iş vəzifəmi bundan sonra da yerinə yetirəcəyəm. Lütfən dualarınızı məndən əsirgəməyin”, - XİN başçısı yazıb.(Report)

pia.az

Mənbə: pia.az