Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO

Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO

Biz isə 30 ilə yaxındır, xəyal edirik ki, nə vaxtsa bu torpaqlarımızda asayişi Azərbaycan polisi təmin edəcək...

Azərbaycanın işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejim qondarma “Kaşataq rayonu”nun(Laçın, Qubadlı, Zəngilan) mərkəzi olan “Berdzor” adlandırılmış Laçın rayon mərkəzində “polis” üçün yeni bina tikməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat və görüntülər yayııb.

Ümumiyyətlə, son vaxtlar ermənilər, xırda miqyaslı olsa da, “Laçın dəhlizi” deyilən ərazi boyu mümkün quruculuq abadlıq işlərini reklam etməyə başlayıblar. Xəbər verdiyimiz kimi, bu ərazi də daxil olmaqla Laçın, Qubadlı, Zəngilan torpaqlarında sülənən çoxuşaqlı erməni ailələri üçün 43 ev tikilməsinə start verilib. Bundan əlavə, Laçın-Şuşa-Xankəndi yolunun təmirinə də başlanıb.

Sultan Laçın

 

 

 

Mənbə: moderator.az