İranda şok qadağa: Bu gündən etibarən...

İranda şok qadağa:  Bu gündən etibarən...

İranda hər növ plastik və estetik əməliyyatlar qeyri-müəyyən vaxta qədər qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Qasım Canbabayi açıqlama verib.

O, qərarın səbəbini koronavirusa yoluxma hallarının artması ilə xəstəxanalarda boş yerin qalmaması ilə əlaqələndirib.

Nazir müavini qadağa ilə bağlı ölkənin bütün tibbi müəssisələrinə yazılı təlimatların göndərildiyini deyib.

Mənbə: teleqraf.com