Antalyada Türkiyə və Ukrayna heyətləri arasında görüş keçirilib

Antalyada Türkiyə və Ukrayna heyətləri arasında görüş keçirilib

Ankara, 3 iyul, AZƏRTAC

Türkiyənin Antaliya şəhərində Türkiyə-Ukrayna Ortaq Strateji Planlama Qrupunun VIII toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında ikitərəfli görüşdən sonra nazirlərin rəhbərliyi ilə iki ölkə heyətləri arasında müzakirələr aparılıb.

Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Məlumat verilib ki, toplantıda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə, ticarət, sərmayə, təhlükəsizlik, müdafiə sənayesi və s. sahələrdə əməkdaşlığa dair səmərəli müzakirələr aparılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az