“Tezlikle ölkədə bir nəfər belə rüşvətxor qalmayacaq” – AÇIQLAMA

“Tezlikle ölkədə bir nəfər belə rüşvətxor qalmayacaq” – AÇIQLAMA

Hər bir dövlətin inkişafı üçün onun dövlət orqanlarının, institutlarının dayanıqlı və sistemli idarəçiliyi ən vacib amillərdəndir. Son dövrlərdə ölkə daxilində mərkəzi və regional icra orqanlarında aparılan kadr islahatları ona dəlalət edir ki, ölkəmiz yeni epoxaya qədəm qoymaqdadır. İcra hakimiyyətlərindən tutmuş Mədəniyyət nazirliyi və ən son Xarici işlər nazirliyində aparılan yoxlamalar və həbslər hər kəs üçün bir çağırış olmalıdır. Prezidentin apardığı siyasətə xələl gətirən, dövlətin və cəmiyyətin təhlükəsizliyinə və inkişafına mane olan kimliyindən asılı olmayaraq hər bir şəxs mütləq şəkildə cəzalanacaqlar.

Dünən XİN ətrafında baş verənlərə erməni mediasının yanaşması bir daha sübut edir ki, bu tədbirlər artıq nəticə verməkdədir. Azərbaycanın xarici siyasətinə, informasiya müharibəsinə, siyasi imicinə cavabdeh olan qurumun istər mərkəzi, istərsə də müxtəlif ölkələrdəki səfirliklərinin fəaliyyəti bir sıra suallar doğurmaqda idi.

Tezliklə ölkədə bir nəfər belə rüşvətxor, 5 – ci kolon, müxtəlif ölkələrə “qulluq edənlər” qalmayacaq.

Bu günlərdə bizlərdən daha da sıx həmrəylik tələb olunur. Prezidentin ətrafında həmrəy şəkildə dayanaraq bütün bu proseslərə dəstək vermək hər bir vətəndaşın əsas vəzifəsi olmalıdır.

Mənbə: qazet.az