İran prezidenti maska taxmayanlara xəbərdarlıq edib

İran prezidenti maska taxmayanlara xəbərdarlıq edib

İran prezidenti Həsən Ruhani deyir ki, maska taxmayan insanlara ictimai xidmətlər imtina ediləcək. Bundan əlavə səhiyyə protokollarına əməl etməyən iş yerləri bir həftəlik bağlanacaq.

Ruhani bu sözləri iyulun 4-də koronavirus pandemiyasının qarşısını almaq üçün yeni addımları elan etdiyi zaman söyləyib. İranda ilk yoluxma halı fevral ayında təsdiqlənib.

“Maska taxmamaq başqa insanların haqlarının de fakto pozulmasıdır,” İran prezidenti bildirib.

Səhiyyə Nazirliyinin iyulun 4-nə verdiyi məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 11,408-i, yoluxma hallarının sayı ilə 237,878-i keçib. Lakin həqiqi yoluxma hallarının bundan çox daha yüksək olduğu güman edilir.

Ruhani aprel ayının ortalarından başlayaraq karantin rejiminin yüngülləşdirilməsinin ardınca yoluxma hallarında artımın baş verdiyi beş vilayətdəki şəhərlərdə daha sərt tədbirlər və bağlı ictimai məkanlarda maska taxmaq məcburiyyəti tətbiq edib.

“Hökümət işçiləri maska taxmayan insanlara xidmət göstərməməlidir və maska taxmayan işçilər də evə göndərilməlidir,” Ruhani deyib.

Ruhani həmçinin əlavə edib ki, virusa yoluxanların başqalarına xəbərdarlıq etmək kimi “dini öhdəlikləri var.” “Virusa yoluxduğunuzu gizli saxlamaq başqa insanların haqlarını pozur,” o deyib.

Hökümət veb səhifəsində Ruhaninin üzündə maska ilə fotoları paylaşılıb.

Bundan bir neçə gün öncə İranın ali ruhanisi Əli Xameneinin də üzündə maska ilə şəkilləri paylaşılmışdı.

Hökümət son günlərdə vətəndaşları üz maskaları taxmağa çağırıb. Bundan əlavə dövlət televiziyasında bir həftə boyunca aparılan kampaniyada koronavirusun “zarafat” olmadığına dair xəbərdarlıqlar yer alıb.

İran mediası iyulun 4-də xəbər verib ki, İranın İstiqlar və Fulad Xuzestan futbol klublarının 12-dən çox oyunçusunun koronavirus testi müsbət çıxıb.

Mənbə: www.amerikaninsesi.org