"Beş nəfər öz mülkündə ad günü edir, burada cəriməlik nə var?!" - ETİRAZ

"Vətəndaşlara təklifim var: Operativ Qərargahı, hökumətin atdığı addımları, mənasız və qanunsuz cərimələri məhkəmələrə daşımaq lazımdır. Harada yazılıb ki, öz evində, öz bağında, açıq havada cəmi 5 nəfərlə ad günü etmək olmaz?! Kim deyir bunu?!"


Pravda.az-ın xəbərinə görə, bunu ReAl-ın funksioneri Natiq Cəfərli deyib.


N.Cəfərli qeyd edib ki, qaydaya əsasən, 10 nəfərdən artıq qapalı məkanda bir yerə toplaşmaq olmaz: "Bunu anladıq, 5 nəfər öz mülkündə ad günü edir, burada cəriməlik nə var?! Vətəndaşlara müraciət edirəm, lütfən bizimlə, ReAl-ın ofisi ilə əlaqə saxlasınlar, təmənnasız hüquqi yardım edəcəyik. Mütləq cərimədən də, cərimə yazanlardan da məhkəməyə şikayət vermək lazımdır! Olmaz belə! O gün birinə güclə başa salmışam ki, öz maşınımda tək gedirimsə maska taxmalı deyiləm! Deyir, niyə ki?! Cavab verdim ki, ay rəis, hələ dünyada sükan arxasında insana virus keçmə halı qeydə alınmayıb, hələ insandan da sürət qutusuna virus keçməyib - bildin niyə?!"

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Dəhşətli yanğın: təxliyə başladı, binaların suyu... – Video

SONRAKI XƏBƏR

Nicat yenə qol vurdu, komandası...