Ukrayna bu raketləri Qara dənizə yerləşdirir

Ukrayna bu raketləri Qara dənizə yerləşdirir

Ukrayna Hərbi Dəniz Qüvvələri 2021-ci ildə “Neptun” qanadlı raket komplekslərini silahlanmaya qəbul edəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa deyib.

Onun sözlərinə görə, bu raketlərin iki divizionu Qara, bir divizionu isə Azov dənizi sahillərində yerləşdiriləcək.

“Sınaqlar göstərdi ki, bir neçə hədəfi eyni vaxtda məhv etməyə heç nə mane ola bilməz. Silah olduqca mükəmməldir. İndi əsas məsələ “Neptun”u tezliklə qəbul etməkdir”, - Neijpapa bildirib.

Mənbə: axar.az