Biz yubanırıq: islahatların sürəti aşağı düşüb...

Biz yubanırıq: islahatların sürəti aşağı düşüb...

İslahatların sürəti şəxsən məndə ciddi narahatlıq doğurur. Ümidləri neft və qaz satışından gələn gəlirlərə bağlamaq çox təhlükəlidir. Biz yubanırıq...

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi müsahibəsində deyib.

“Ölkəyə investisiya cəlb etmək üçün vergilər azaldılmalı, maliyyə-kredit sektorunda islahatlar aparılmalı, kredit dərəcələri 3-4%-dən artıq olmamalı, nüfuzlu xarici banklar ölkəyə çağırılmalı, güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Neft Fondunun vəsaitlərini yalnız hökumətin xərcləməsi praktikasına son qoyulmalı, onların bir hissəsi yerli banklarda yerləşdirilməlidir ki, sahibkarlar öz baxışlarına uyğun layihələrə xərcləyə bilsinlər. Bunlarsız ölkənin sürətli inkişafını gözləmək əbəsdir”.

Mənbə: axar.az