Çin virusu dünyaya yaydı, vaksini isə... – Tramp

Çin virusu dünyaya yaydı, vaksini isə... – Tramp

Amerikalı mütəxəssislər yəqin ki, ən geci ilin sonuna qədər koronavirusun vaksinini hazırlayacaqlar.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp ölkənin müstəqillik gününə həsr edilən tədbirdə çıxışı zamanı deyib.

“Bu sahədə bizdə işlər yaxşı gedir”, - o əlavə edib.

Tramp növbəti dəfə virusun Çindən yayıldığına diqqət çəkib:

“Yeni koronavirus Çində qeydə alındı və ordan yayıldı. Çin dünyanın 189 ölkəsinə bu virusun yayılmasına səbəb oldu. Ona görə də bunun məsuliyyətini tam halda daşımalıdır”.

Mənbə: axar.az