Gürcüstanda bu gün 5 nəfərdə koronavirus aşkarlandı

Gürcüstanda bu gün 5 nəfərdə koronavirus aşkarlandı

"Son 24 saat ərzində ölkədə virusa yoluxan 5 nəfərdən 4-ü xaricdən gələn şəxslərdə aşkar olunub".

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri, Amiran Qamkrelidze deyib.

O bildirib ki, bu gün virusa yoluxan digər bir nəfər isə klinikaların birində fəaliyyət göstərən tibb bacısıdır.

Qamkrelidze deyib ki, xaricdən gələn 4 nəfərin 3-ü isə beynəlxalq yük daşıma maşınlarının sürücüləridir.

Mərkəz rəhbəri hazırda Gürcüstanda epidemoloji durumun nəzarət altında olduğunu bildirib:

"Hazırda ölkəmizdə virusla bağlı vəziyyət nəzarət altındadır, lakin vətəndaşlarımızdan çox şey asılıdır, Səhiyyə Nazirliyinin verdiyi tövsiyyələrə əməl olunmalıdır. Bu gün biz kütləvi yerlərdən uzaq durmalıyıq, ictimai yerlərdə mütləq maskalardan istifadə etməliyik, sosial məsafə məsələsinə ciddi diqqət etməliyik, ən əsası toylar və böyük ad günü məclislərini təxirə salmalıyıq. Əgər mart, aprel və may ayları kimi qaydalara əməl etsək inanıram ki, ölkəmizdə hərşey daha yaxşı olacaq", - deyə mərkəz rəhbəri bildirib.

Mənbə: publika.az