BƏƏ Sokotrada hərbi baza qurdu

BƏƏ Sokotrada hərbi baza qurdu

Eastnews.org-un verdiyi xəbərə görə, hərbi çevriliş ilə Yəmənin şərqindəki Sokotraya nəzarət etməyə başlayan Birləşmiş Ərəb Əmirlikləri adaların strateji bölgəsi hərbi baza qurmağa başlayıb.

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır ki, BƏƏ dəstəkli Cənubi Keçid Şurasının sədri Rafət əl-Səqali və digər bir neçə komandir hərbi bazanı yerli rəhbərlərdən təslim almaq üçün Rəs Qatinan bölgəsinə yollanıblar.

Sözügedən bazanın dağlıq bölgədə yerləşdiyi və dəniz mənzərəli olduğu da verilən məlumatlarda qeyd olunur.

Mənbə: welayet.com

Mənbə: eastnews.org