Türkiyəli nazir Liviyadan danışdı

Türkiyəli nazir Liviyadan danışdı

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Liviya ilə bağlı jurnalistlərə açıqlama verib.

Liviya ilə Türkiyənin 500 illik bağlılıqlarının olduğunu xatırladan Hulusi Akar Türkiyənin buradan çıxmaq fikrində olmadığını sözlərinə əlavə edib.

O, bildirib ki, Türkiyə beynəlxalq qanunlara uyğun olaraq Liviyada hal hazırda fəaliyyət göstərir.

"Biz BMT tərəfindən tanınan Liviya Milli Sövdələşmə Hökumətinin dəvəti ilə fəaliyyət göstəririk. Burada heç bir beynəlxalq qanun pozulmur", - deyə Hulusi Akar qeyd edib.

Mənbə: Habertürk

Mənbə: eastnews.org