İsrailə koronanın yeni və güclü hücumu başladı

İsrailə koronanın yeni və güclü hücumu başladı

Koronavirus pandemiyasına görə İsraildə fövqəladə vəziyyət yaşanır.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O, hökumətin əlavə məhdudlaşdırıcı tədbirlər görəcəyini istisna etməyib:

“Biz koronavirusun yenilənmiş hücumunun mərkəzindəyik. Çox güclü hücumdur. Bu hücum bütün dünyaya, o cümlədən bizə də təsir edir”, - deyə baş nazir bildirib.

Netanyahunun sözlərinə görə, yeni dalğa səhiyyə sistemi üçün siqnaldır.

İsrail rəhbəri bildirib ki, bu fonda Knesset qanunvericilik işini heç nə olmayıbmış kimi davam etdirə bilməz.

Qeyd edək ki, həftə sonu İsraildə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilib.

Mənbə: axar.az