Tramp ABŞ-da koronavirusdan ölənlərin sayının azaldığını açıqlayıb

Tramp ABŞ-da koronavirusdan ölənlərin sayının azaldığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp yoluxma hallarının sayının artmasına baxmayaraq ölkədə koronavirusdan ölüm hallarının azaldığını açıqlayıb.

İnterAz bu barədə TASS-a istinadən xəbər verir.

"Çin virusuna yoluxma hallarının sayı kütləvi testlər səbəbindən artır. Ölənlərin sayı azalır və sabitdir", deyə Ağ Ev rəhbəri öz "Twitter" səhifəsində yazıb.

"Saxta xəbər KİV-ləri bu barədə məlumat verməlidir, eyni zamanda yeni iş yerlərinin sayının rekord sayda artdığını da qeyd etməlidir", o bildirib.

Federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsasən hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 2,85 milyondan çox insan koronavirusa yoluxub, 129,7 mindən çox insan bu xəstəlikdən ölüb.

Mənbə: www.interaztv.com