İcra başçısı ermənilər tərəfindən qətlə yetirilən Zəhranın və nənəsinin məzarını ziyarət etdi

İcra başçısı ermənilər tərəfindən qətlə yetirilən Zəhranın və nənəsinin məzarını ziyarət etdi

Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisini atəşə tutması nəticəsində qətlə yetirilən Sahibə Quliyevanın və onun azyaşlı nəvəsi Zəhra Quliyevanın üçüncü ildönümü ilə əlaqədar Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə iyulun 4-də azyaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət ediblər.
Pravda.az-ın xəbərinə görə, azyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva məzarları başında yad edilib, ruhlarına dualar oxunub.

Mənbə: pravda.az