“Artıq Qarabağ məsələsində “ağlarla” oynamağın vaxtıdır”

“Artıq Qarabağ məsələsində “ağlarla” oynamağın vaxtıdır”

Fərəc Quliyev: “Bir tək Naxçıvandakı korpusumuz belə bütün Ermənistanı neytrallaşdırmaq üçün yetərlidir”

Xəbər verdiyimiz kimi, Ermənistanınkeçmiş müdafiə naziri general-leytenan Vaqarşak Harutyan növbəti dəfə cəfəng bəyanatla çıxış edib. Belə ki,düşmən generalı müharibə olacağı təqdirdə Ermənistanın Bakının neft komplekslərinisıradan çıxaracağını bildirib.

Moderator.az-aaçıqlamasında məlum bəyanatı şərh edən sabiq millət vəkili, Milli Dirçəliş HərəkatıPartiyasının sədri Fərəc Quliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ermənistan qorxutmaqüçün hürən, qorxduğu üçün quyruğunu bulayan itin vəziyyətindədir. Onlar bilirki, bütün dünya Ermənistanın haqsız olduğunu qəbul edir. Avropa ittifaqının sonsənədlərində də bu, özünü açıq şəkildə göstərir. Ermənistan anlayır ki, artıqAzərbaycan problemin həlli üçün hərbi vasitəyə əl atacaq. Çünki bunun zamanıçatıb.

Azərbaycan 2016-cı ildəproblemi hərbi yolla həll edə bilərdi. Lakin həmsədrlər prosesə müdaxilə etdi vəproblemin sülh yolu ilə həllinin mümkün olduğunu vurğuladı. Azərbaycan həminvaxt həmsədrlərə güzəşt etdi. Lakin bu hadisənin üstündən 4 il keçsə də, münaqişəninhəlli istiqamətində həmsədrlər heç bir addım atmayıb.

Indi Ermənistan tərəfiqabaqdangəlmişlik etmək istəyir. Bu cür bəyanatlarla guya öz hərbi imkanlarınınümayiş etdirməyə çalışır. Ikincisi, Azərbaycan tərəfini qorxutmağa cəhd edir. Üçüncüsü isə müharibənin ola biləcəyi iləbağlı bütün dünyaya bir növ çağırış edir. Ancaq bütün bunlar mənasızdır. Azərbaycanöz ölçülü siyasətini aparmalı, BMT-nin qətnamələrinin icrasına çalışmalıdır. Yabu qətnamələr icra edilməli, ya da Azərbaycan beynəlxalq konvensiyalar vəkonstitusiyasına əsasən problemi hərbi müstəvidə həll etməlidir.

Ermənistan unudur ki, Azərbaycan2016-cı ildə ordusunun cüzi bir hissəsi hesabına ona təslimiyyət aktınıimzalada bilərdi. Bunun olmadığı görə ağalarına qurban olsunlar. TəkcəNaxçıvandakı korpusumuz bir neçə saatabütün Ermənistanı neytrallaşdıra bilər. Bunu düşmən də gözəl bilir.

Artıq söz müstəvisindən əməlmüstəvisinə keçməliyik. Daha “qaralarla” oynamalı, öncə düşmənin hərəkətinəimkan verib sonra buna cavab verməli deyilik. Artıq “ağlarla” oynamağın vaxtıdır”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az