Erməni partiya sədri: “Ermənistanda kamikadze hakimiyyətin olacağını düşünmürəm”

Erməni partiya sədri: “Ermənistanda kamikadze hakimiyyətin olacağını düşünmürəm”

“Ermənistanda anti-rus əhval-ruhiyyələri yaratmaq haqqında fikirləşəcək kamikadze, intihara gedən hakimiyyətin daha öncə olduğunu, hazırda var olduğunu və ya gələcəkdə olacağını düşünmürəm”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Vahid Ermənistan” partiyasının həmtəsisçisi Artur Qazinyan deyib.

O qeyd edib ki, Rusiya şantaj dili ilə danışılacaq ölkə deyil, Ermənistan üçün strateji, həyati əhəmiyyətə malik olan dövlətdir.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az