Ukrayna rus dilindən tam imtina edir

Ukrayna dilinin statusunun saxlanması prinsipial məsələdir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Dil məsələsi çox vacibdir, dövlət üçün prinsipial məsələdir. Bizdə ikinci dövlət dili rus dili ola bilməz. Əgər biz Ukrayna haqqında danışırıqsa, o zaman dövlət dili yalnız Ukrayna dili olmalıdır. Ukraynada ikinci dil olmalıdırmı? Əlbəttə, olmalıdır. Bu, gərək ingiliscə olsun”, – deyə o bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bu il əməkhaqqı fondu 8 faiz artıb - Nazir

SONRAKI XƏBƏR

Sürücülər buna görə CƏRİMƏLƏNMƏYƏCƏKLƏR - RƏSMİ