Haftardan gözlənilməz həmlə: Akarın Tripolidən getməsindən sonra…

Haftardan gözlənilməz həmlə: Akarın Tripolidən getməsindən sonra…

Tripolidən 140 kilometr cənubda yerləşən Əl-Vətiyyə hərbi hava bazası qiyamçı Liviya Milli Ordusunun hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” Liviyadakı mənbələrə istinadla məlumat yayıb.

Məlumat hələlik rəsmən təsdiqlənməyib. Lakin ehtimal ki, hücumlar Haftar ordusunun təyyarələri tərəfindən həyata keçirilib. Hücumların uğursuz olduğu, qiyamçı qüvvələrin itki verdiyi bildirilir.

Hərbi obyekti may ayında Türkiyənin dəstəyi ilə Liviya hökumət qüvvələri Haftar ordusundan azad edib.

Bu yaxınlarda KİV-lər Ankaranın Əl-Vətiyyədə öz hava bazasını yaradacağı barədə məlumat yaymışdı.

Türkiyənin Müdafiə naziri Hulusi Akar ötən həftə və iyun ayında Tripolidə olub və burada Liviya hökumətinin nümayəndələri ilə danışıqlar aparıb.

Mənbə: teleqraf.com