“Azərbaycanın xarici siyasətinin müəyyən dərəcədə dəyişəcəyi istisna edilmir”- Lukyanov

“Azərbaycanın xarici siyasətinin müəyyən dərəcədə dəyişəcəyi istisna edilmir”-  Lukyanov

“Düşünürəm ki, Qarabağ münaqişəsinin həllinin hazırkı mərhələsində situasiya problemləri müzakirə olunur”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus politoloq Fyodor Lukyanov Qarabağ münaqişəsinin həll prosesinə toxunarkən deyib.

Rus politoloq qeyd edib ki, Qarabağ münaqişəsi uzadılmış münaqişədir və hələ uzadılacaq.

“Gələcəkdə Dağlıq Qarabağ münaqişəsi istiqaməti də daxil olmaqla Azərbaycanın xarici siyasətinin müəyyən dərəcədə dəyişəcəyi istisna edilmir”, - deyə o bildirib.

Lukyanovun sözlərinə görə, dövlət rəhbərləri və nazirlər səviyyəsində görüşlər zamanı həllə bağlı fikirlər həmişə müzakirə olunub və müzakirə olunur.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az