KİV: ABŞ Əfqanıstanda 4000 hərbi qulluqçu saxlamaq niyyətindədir

KİV: ABŞ Əfqanıstanda 4000 hərbi qulluqçu saxlamaq niyyətindədir

ABŞ Əfqanıstanda noyabrda baş tutacaq prezident seçkilərindən sonra 4000 hərbi qulluqçu saxlamaq niyyətindədir. Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın adı açıqlanmayan rəsmilərinə istinadən “Los Angeles Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, ABŞ prezident seçkilərindən sonra Amerikanın Əfqanıstandan qoşunlarını tam çıxarmasını təxirə sala bilər.

ABŞ Nümayəndələr Palatasının üzvü Liz Çeyni ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının bölgədə terrorla mübarizəyə təsir göstərməməsinin lazım olduğunu bildirib.

“Terrorçuların etibarlı sığınacaqlarının olmadığına, antiterror fəaliyyətini davam etdirə biləcəyimizə əmin olmalıyıq. Əl-Qaidə, İŞİD, Əfqanıstanda eyni terrorçu qrupların fəaliyyətini davam etdirir”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az