Gürcüstanda bəzi qapalı məkanlar fəaliyyətini bərpa edir

Gürcüstanda fitnes mərkəzləri və üzgüçülük hovuzları fəaliyyətlərini bərpa edəcəklər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumət qərar qəbul edib.

Sabahdan etibarən Əmək Müfəttişliyi həmin obyektlərdə müvafiq yoxlamalar həyata keçirəcək. Fitness mərkəzlər və hovuzlar üçün xüsusi təlimat artıq hazırlanıb. Yoxlamadan uğurla keçən bu cür obyektlərin fəaliyyətinin dərhal bərpasına icazə veriləcək.

Bununla yanaşı, Gürcüstanda qapalı məkanlarda təlim və konfransların keçirilməsi artıq mümkün olub. Bu gündən peşə təhsili müəssisələri də işini bərpa edib. Açıq məkanlardakı atraksionların fəaliyyətinə qoyulan qadağa da götürülüb.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Həkim və tibb işçiləri çatışmayan vaxt kütləvi istefa - Ağciyər İnstitutunda nə baş verir?

SONRAKI XƏBƏR

Ərdoğan xarici siyasətdə uğurludur? - "ABŞ bu məsələdə Türkiyəyə uduzdu" / TƏHLİL