ABŞ Çin əleyhinə yeni sanksiyaların tətbiqini istisna etmir

Amerika tərəfi Honkonq Milli Təhlükəsizlik Qanununun tətbiqi ilə əlaqədar Çinə qarşı yeni sanksiyaların tətbiq olunacağını istisna etmir.

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın Çinin bu xüsusi inzibati bölgəsindəki baş konsulu Xensk Smit məlumat verib.

"Vaşinqton əlavə sanksiyalar tətbiq etməyin mümkünlüyünü araşdırır", - deyə diplomat bildirib.

O, konkret olaraq hansı tədbirlərin nəzərdə tutulduğunu deməyib.

Ağ Ev Honkonq üçün ixrac məhdudiyyətləri tətbiq edib və Çin rəsmiləri üçün viza rejimini sərtləşdirib.

Qeyd edək ki, iyunun 30-da Çin Xalq Respublikasının sədri Si Tzinpin, parlament tərəfindən qəbul edilən Honkonqun Milli Təhlükəsizliyinin təmin edilməsi Qanununun təsdiqlənməsi və yayımlanmasına dair sərəncam imzalayıb.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

Nazir iki rəisə vəzifə verdi, digərini sərəncama götürdü

SONRAKI XƏBƏR

ADNSU-da kimya mühəndisliyinin aktual problemlərinə dair beynəlxalq konfrans keçiriləcək