KİV: İngiltərə Rusiya vətəndaşlarına qarşı fərdi sanksiya tətbiq edə bilər

KİV: İngiltərə Rusiya vətəndaşlarına qarşı fərdi sanksiya tətbiq edə bilər

İngiltərə Xarici İşlər Naziri Dominik Raab, bu gün Rusiya vətəndaşlarına qarşı fərdi sanksiyaların tətbiq olunacağını elan edə bilər. Ehtimal edilir ki, məhdudiyyətlər "Magnitski" siyahısına düzəlişlər çərçivəsində qəbul ediləcək.

Bu barədə "Financial Times" xəbər verir.

İnterAz xəbər verir ki, məhdudiyyətlərə Britaniyaya giriş qadağası, həmçinin ölkə banklarında hesabların dondurulması da daxil ediləcək.

Mənbə: www.interaztv.com