“Qarabağ həqiqətlərinin təbliği bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdən asılıdır”

“Qarabağ həqiqətlərinin təbliği bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdən asılıdır”

Məlum olduğu kimi, rusiyalıtarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında“Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. Hansı ki, bu kanaldaQarabağ və Azərbaycan həqiqələri obyektiv şəkildə təbliğ edilir, erməniyalanlarının ifşası həyata keçirilir.

Azərbaycandan kənarda yaşayan,media və internet resurslarında Azərbaycan həqiqətlərini təbliğ edən bu və bu qəbildənolan digər şəxslərlə əlaqələrin qurulması, onların fəaliyyətinin dəstəklənməsinə dərəcədə vacibdir? Bu, Ermənistanla informasiya müharibəsində daha böyükuğur qazanmağa imkan verə bilərmi?

Moderator.az-a açıqlama verən “YeniNəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu cür şəxslərləəlaqələrin qurulmasının vacib olduğunu söylədi:

 

“Təbii ki, bu cür şəxslərlə əlaqələrmühüm əhəmiyyət kəsb edir. Bu, münaqişənin ilk günlərindən başlayaraq erməniləringeniş şəkildə tətbiq etdiyi bir üsuldur. Baxın, ermənilərin sözlərini SSRİ AliSoveti və digər qurumlarda kimlər söyləyirdi? Bunu söyləyənlər arasında ermənilərləyanaşı, digər millətlərin nümayəndələri də var idi. Onlar erməni maraqlarınımüdafiə edən qeyri-ermənilərlə fəal işləyirdilər.

 

Düşünürəm ki, Azərbaycanda da rəsmivə ya qeyri-rəsmi qurumların bu şəxslərlə müəyyən əlaqələri mövcuddur. Mən bu əlaqələrinhansı keyfiyyətdə olduğunu bilmirəm. Ancaq bildiyimə görə, bu cür əlaqələr varvə bunun olması olduqca vacibdir. Qarabağ həqiqətlərinin dünyada geniş şəkildətanıdılması, erməni yalanlarının ifşa edilməsi bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdənasılıdır”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az