Rusiyanın Ukraynaya hücum təhlükəsi nə qədər realdır? (TƏHLİL)

Rusiyanın Ukraynaya hücum təhlükəsi nə qədər realdır? (TƏHLİL)

"Yenidən belə toqquşma ehtimalının çox böyük olduğunu düşünmürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Ukraynanın Hərbi Dəniz Qüvvələrinin Rusiya ilə hərtərəfli hərbi əməliyyatlara hazırlaşması ilə bağlı hərbi Ukrayna donanmasının komandiri, ordu admiralı Aleksey Neijpapanın açıqlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, əgər Rusiya tərəfi hər hansı bir təxribat törətməsə, Ukrayna özbaşına Rusiya dəniz qüvvələrinə hücum etməyəcək:

"Çünki bu, böyük bir müharibənin başlanğıcı ola bilər. Amma yenə də Rusiya dənizdə hər hansı təxribat törədərsə, əlbəttə ki, Ukrayna buna cavab vermək məcburiyyətində qalacaq".

İki dəniz donomasının toqquşması ehtimalına gəlincə, Elxan Şahinoğlu artıq bir dəfə belə bir hadisənin olduğunu qeyd edib:

"Rusiya dəniz qüvvələri Ukrayna gəmisini ələ keçirib, dənizciləri də girov saxlayırdılar. Sonra azad etdilər".

Qeyd edək ki, Ukraynanın Hərbi Dəniz Qüvvələri Rusiya ilə hərtərəfli hərbi əməliyyatlara hazırlaşır. Döyüş donanmasının komandiri, ordu admiralı Aleksey Neijpapa "Dumskaya” nəşrinə verdiyi müsahibədə hücumun Krım ərazisindən başlaya biləcəyini deyib.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az