Almaniya ordusunun M270 YARS-ları üçün yeni raketlər alınacaq

Almaniya ordusunun M270 YARS-ları üçün yeni raketlər alınacaq

Almaniya parlamenti ordunun “Mars” adlı M270 Yaylım Atəşli Rekativ Sistemləri (YARS-lar) üçün yeni raketlərin alınmasına razılıq verib. Ordu.az xəbər verir ki, bu barədə Almaniya ordusunun mətbuat xidməti məlumat yayıb.

YARS-lar üçün idarəolunan raketlər satın alınacaq.

Parlament, həmçinin “Patriot” hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi planını təsdiqləyib. Plana görə, HHM sistemi üçün 170 raket təkmilləşdiriləcək.

Hal-hazırda Almaniya ordusunda ümumilikdə 38 ədəd M270 YARS-ları mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az