Mədənçilər bir həftədir aksiya keçirir – Zelenskidən pul istəyirlər

Mədənçilər bir həftədir aksiya keçirir – Zelenskidən pul istəyirlər

Ukraynanın paytaxtı Kiyev şəhərində mədənçilər maaşlarını ala bilmədiklərindən iyunun 30-da Prezident Administrasiyasının binası önündə müddətsiz etiraz aksiyası keçirməyi elan ediblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna mediası yayıb.

Mənbə bildirir ki, iyunun 30-da bir qrup mədənçi maaş borclarının geri qaytarılması üçün Prezident Administrasiyasının rəhbərinin müavini Juliya Kovalivlə danışıblar.

Ertəsi gün Nazirlər Kabinetində mədənçilərə olan borclarını tamamilə ödədiklərini deyiblər.

Lakin mədənçilər borc tələbi ilə məhdudlaşmırlar, həm də kömürün idxalına qarşıdırlar və çatdırılmış məhsullar üçün borclarının ödənilməsini tələb edirlər.

Nazirlər Kabineti isə Almaniyanın təcrübəsindən istifadə edərək Ukraynadakı dövlət mədənlərinin bağlanması üçün pilot layihə üzərində işləyir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az