Yaponiya donanmasında F-35B transformasiyası

Yaponiya donanmasında F-35B transformasiyası

İkinci Dünya Müharibəsindən sonra aviadaşıyıcıya sahib olmayan Yaponiya Hərbi Dəniz Qüvvələri (JMSDF) F-35B qırıcılarını “Izumo” sinfinə məxsus helikopter gəmilərinə yerləşdirməyi planlaşdırır. İkinci Dünya Müharibəsinin məğlub olan tərəflərindən olan Yaponiyanın Özünümüdafiə Qüvvələri konstitusiya məhdudiyyətlərinə görə avidaşıyıcılara sahib ola bilməyib. Bununla birlikdə ölkənin Baş naziri Şinzō Abe başda olmaqla Yaponiya hökuməti Yaponiyanın özünümüdafiə qüvvələrinin yenidən təşkil olunmasına başlayıb.
Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinin (JMSDF) modernləşdirilməsi bu mərhələdə ilk addımlardan biridir. Bu çərçivədə, Yaponiya HDQ-nin inventarında cəmi iki ədəd olan “Izumo” sinfinə məxsus helikopter gəmiləri F-35B qırıcılarına uyğun olaraq modernləşdiriləcək.
Təxminən 28 milyon ABŞ dolları dəyərində struktur modernləşdirilməsi ilə “Izumo” sinfinə məxsus helikopter gəmilərinin hər biri eyni vaxtda 10 ədəd F-35B tipli döyüş təyyarəsinin yerləşdirilə bilməsi üçün uyğunlaşdırılacaq.
Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az