Erməni deputat təşvişdə: “Ermənistanda anti-rus əhval-ruhiyyəsi Türkiyə-Azərbaycan üçün olduqca əlverişlidir”

Erməni deputat təşvişdə: “Ermənistanda anti-rus əhval-ruhiyyəsi Türkiyə-Azərbaycan üçün olduqca əlverişlidir”

“İnformasiya sahəsində anti-rus əhval-ruhiyyələrinin necə inadkarcasına tirajlandığı açıq şəkildə görünür”. Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində “Çiçəklənən Ermənistan” partiyasının deputatı Arman Abovyan yazıb.
Onun sözlərinə görə, artıq çox uzun müddətdir Ermənistanda insanlarda anti-rus əhval-ruhiyyələrinin yaradılması üçün cəhdlər edildiyi sirr deyil.
“Anti-rus əhval-ruhiyyələri Türkiyə-Azərbaycan tandemi üçün olduqca əlverişlidir”, - deyə Abovyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az