Qonşuda dərslər gələn ilə qədər təxirə salındı

Qonşuda dərslər gələn ilə qədər təxirə salındı

İranda növbəti tədris semestri onlayn olacaq.

Axar.az xəbər verir ki, bu sözləri İranın Təhsil naziri Möhsün Hacı Mirzayi deyib.

“Tələbələrin universitetlərdə qeydiyyatdan keçməsi üçün müsabiqənin nəticələri təxminən oktyabrın 6-da açıqlanacaq. Dərslər oktyabr ayının ikinci yarısına qədər başlayacaq. Tələbələr oktyabrın 22-dən dərslərinə başlaya biləcəklər. Onu da deyim ki, yanvar ayına qədər əyani dərs semestri olmayacaq. Hazırda universitetlər onlayn dərslərə hazırlaşırlar”, - o bildirib.

Mənbə: axar.az