Çin və Hindistan mübahisəli ərazilərdən qoşunları çəkdi

Çin və Hindistan mübahisəli ərazilərdən qoşunları çəkdi

Eastnews.org-un verdiyi xəbərə görə, Çin və Hindistan iki ölkə sərhədində mübahisəli Ladax rayonunda yerləşən Qalvan çayı vadisindən hərbçiləri çəkib.

Bu barədə NDTV televiziya kanalı məlumat yayıb.

“Hindistan və Çin qoşunlarının qarşılıqlı geri çəkilməsi baş verdi, lakin çox güman ki, yalnız Qalvan çay vadisi ilə məhdudlaşır. Hindistan və Çin qoşunları arasında bufer bölgə yaradıldı”, - deyə bildirilib.

"Bu çəkilmənin möhkəm və həqiqətə uyğun olub-olmadığını görmək üçün gözləməliyik”, - deyə NDTV-nin mənbəsi bildirib.

Onun sözlərinə əsasən, tərəflər eyni zamanda sərhəd zonasında tikilmiş müvəqqəti düşərgələri sökərək, Hindistan və Çini ayıran faktiki nəzarət xəttindən uzaqlaşırlar. Lakin mənbələr hərbi heyətin ondan nə qədər uzaqlaşdığını bildirmir.

 

Qoşunların geri çəkilməsi iyunun 30-da Hindistan ordusunun 14-cü korpusunun komandiri general Harinder Sinqh və Çin Xalq Qurtuluş Ordusunun Cənubi Sincan Hərbi Dairəsinin komandiri general Liu Lin tərəfindən aparılan məsləhətləşmələr zamanı əldə olunmuş razılığa əsasən reallaşdı. Bu, iyunun 6-dan bəri üçüncü belə görüş olub.

Mənbə: TASS

Mənbə: eastnews.org