Haftar Fransa üçün artıq yükdür – FT

Haftar Fransa üçün artıq yükdür – FT

Liviyada marşal Xəlifə Haftar Fransa üçün artıq yükdür.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzetində dərc edilən məqalədə bildirilib.

Qeyd edilib ki, Fransa Haftarı dəstəkləyən tək Avropa ölkəsidir:

“Paris Ankara ilə ona görə yola getmir ki, Türkiyənin müdaxiləsindən sonra Liviyada dinamika dəyişib. Haftar qüvvələri son bir neçə həftə ərzində məğlubiyyətlərlə üzləşib. Artıq fransızlar da Haftarın dəyərli varlıq olmadığını, ölkə üçün artıq yük vəziyyətini aldığını anlayıblar. Səhv etdiklərini başa düşüblər. Ancaq buna baxmayaraq, apardıqları siyasətdə haqlı olduqlarını göstərməyə məcburdurlar və Türkiyəni günahlandırırlar”.

Mənbə: axar.az