Hindistan və Çin azı 20 hərbçinin öldüyü insidentlə bağlı RAZILAŞDI

Hindistan və Çin azı 20 hərbçinin öldüyü insidentlə bağlı RAZILAŞDI

Hindistan və Çin arasında sərhəd insidenti yoluna qoyulub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin xarici işlər naziri Van İ və Hindistaınn milli təhlükəsizlik məsələləri üzrə müşaviri Acit Doval telefon danışığı aparıb.

Tərəflər qoşunları sərhəd xəttindən çıxarmaq barədə razılıq əldə ediblər. Dehli və Pekin yeni sərhəd insidentlərinin yolverilməzliyi barədə fikir mübadiləsi aparıb.

Xatırladaq ki, iyunun 25-də Qalvan vadisində iki ölkənin mübahisəli ərazidə toqquşması zamanı azı 20 hindistanlı hərbçi həlak olmuşdu.

Mənbə: modern.az