Çavuşoğlu: Türkiyə pandemiya dövründə 137 ölkəyə kömək edib

Çavuşoğlu: Türkiyə pandemiya dövründə 137 ölkəyə kömək edib

Türkiyə pandemiya dövründə dünyanın 137 ölkəsinə tibbi yardım göndərib və bu proses davam edəcək...

Türkiyə pandemiya dövründə dünyanın 137 ölkəsinə tibbi yardım göndərib və bu proses davam edəcək. Koronavirus pandemiyasına qarşı mübarizədə xaricdəki tərəfdaşlar üçün yeni yüklər hazırlayırıq.

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

Onun sözlərinə görə, vaxtında və effektiv tədbirlər sayəsində Türkiyə pandemiya ilə ən yaxşı mübarizə aparan ölkələrdən birinə çevrilib.

"Türkiyə dünyanın ən yaxşı inkişaf etmiş səhiyyə sistemlərindən birinə sahibdir", o deyib.

Mənbə: www.interaztv.com