Rusiyalı hərbi ekspert: “Azərbaycan məhdud silahlı toqquşmaya gedə bilər”

Rusiyalı hərbi ekspert: “Azərbaycan məhdud silahlı toqquşmaya gedə bilər”

Azərbaycanın Dağlıq Qarabağ məsələsində və ümumiyyətlə Ermənistanla əlaqəli olan bəyanatlarda yenidən aktivləşməsi son günlərdə Ermənistan mətbuatında çox müzakirə olunur. Rusiyalı hərbi ekspert Vladimir Yevseyev bildirib ki, Azərbaycan məhdud silahlı toqquşmaya gedə bilər. Bundan sonra hadisələrin necə inkişaf edəcəyi isə Azərbaycan tərəfinin Qarabağda hansısa əraziləri ələ keçirib-keçirməməsindən asılı olacaq.
“Əgər onlar (Azərbaycan - red.) hansısa ərazini ələ keçirə bilsələr, bu halda hesab edəcəklər ki, məqsədlərinə çatıblar. Söhbət bir rayondan yox, ərazinin hansısa hissəsindən də gedə bilər”, - deyə Yevseyev qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az