Qadınlarla bağlı VACİB QƏRAR: bundan sonra...

Qadınlarla bağlı VACİB QƏRAR: bundan sonra...

Əfqanıstanın bütün vilayətlərində vali köməkçilərindən biri qadın olacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Sıddıq Sıddıqi danışıb.

O, paytaxt Kabildə keçirdiyi mətbuat konfransında Qadın İşlər Nazirliyinin tövsiyəsi və Nazirlər Kabinetinin qərarı ilə bu qanunun qəbul edildiyini bildirib.

Qeyd edək ki, Əfqanıstan qadınlar üçün ən təhlükəli ölkələr siyahısında yer alır. Ölkədə bir çox qadın zorakılığa məruz qalır. Azyaşlıların evləndirilməsi və qız uşaqlarının tədris imkanlarının məhdud olması, həmçinin, digər sosial çatışmazlıqlar qadınların qarşılaşdığı əsas problemlər arasındadır.

Zümrüd

Mənbə: publika.az