Paşinyan və 89 deputat cinayətkar kimi mühakimə olunacaq - Minasyan

Paşinyan və 89 deputat cinayətkar kimi mühakimə olunacaq - Minasyan

Ermənistan parlamentinin 89 deputatı və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ölkənin Konstitusiyasının dəyişdirilməsi ilə bağlı sənədlərə imza atsalar, konstitusiya çevrilişini təşkil etdikləri üçün hamısı cinayət məsuliyyətinə cəlb ediləcəkdir.

KONKRET.az xəbər verir ki, bu barədə erməni ictimai xadimi, diplomat, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, məhkəmə onları vaxtından əvvəl azad etməmək şərti ilə uzun müddətə həbs etməlidir.

“Bu, ölkənin dövlət olmaq hüququnu bərpa etməsi üçün lazımdır. 89 + 1 nəfər siyasi məhbus hesab edilməməlidir, çünki adi cinayətkardırlar” deyə eks-səfir vurğulayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az