Nazirlər Kabinetinin qərarı tənqidlə qarşılanıb - sahibkarların və ekspertlərin rəyləri

Nazirlər Kabinetinin qərarı tənqidlə qarşılanıb - sahibkarların və ekspertlərin rəyləri

Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilmiş işçilərin sayının 50 faizə endirməsi və əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizə endirilməsə barədə iyunun 25-də qəbul etdiyi qərar sosial platformalarda tənqidlə qarşılanıb. Ümumilikdə hökumətin karantin qaydalarını da bir çox insanlar narahatlıqla qarşılayıb.

Rövşən Ağayev: İdarəetmə niyə bu gündədir?

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, hökumət karantin prosesini idarə edə bilmir.

Rövşən Ağayev Yaranmış vəziyyət əsəb və stresi artırır, insanların sağlamlığını qorumaq əvəzinə onların immunitetini azaltmaqla daha təhülkəli vəziyyətlə üzləşdirir. Rövşən Ağayev, iqtisadçı ekspert

“Qadağan olunmayan fəaliyyət sahələrinin siyahısına düşməyən sahibkarlara elektron icazə verilməməsi, icazə verilmiş insanların icazəsinin az sonra ləğvi, bu məsələrlə bağlı sosial şəbəklərdə qaldırılmış suallara rəsmi şəxslərin adekvat olmayan və qeyri-müəyyən cavabları, çağrı telefonlarında bu tip şikayətləri ünvanlamaq üçün müvafiq düymənin olmaması da bunu təsdiq edir.
Yaranmış vəziyyət əsəb və stresi artırır, insanların sağlamlığını qorumaq əvəzinə onların immunitetini azaltmaqla daha təhülkəli vəziyyətlə üzləşdirir.

Məsləhət xidməti göstərən fiziki şəxs kimi vergi uçotundayam.
Hətta pandemiya dövründə belə vergilərimi və sosial sığortamı ödəmişəm. Amma vergi ödəmək üçün gərək işləyəsən, fəaliyyət azadlığın ola.
Nazirlər Kabineti isə bizim kimi fəaliyyət göstərənləri nə fəaliyyəti qadağan olunan, nə də fəaliyyətinə icazə verilən sahələrin siyahısına daxil edib.
Bunun nəticəsidir ki, indi elektron icazə sistemi bizim müraciəti qəbul etmir, fəaliyyət azadlığımızı məhdudlaşdırır. Təklif edir ki, vergi orqanı ilə fəaliyyət kodumuzu aydınlaşdıraq. Halbuki biz qeydiyyatdan keçmək, VÖEN almaqla zamanında bunu aydınlaşdırmışıq. Sistem bizi rəsmən tanıyır, vergimizi, sosial ödənişlərimizi, hesabatlarımızı qəbul edir - tanımasa bunlardan da imtina edərdi.

Bu təxminən o vəziyyətdir ki, dövlət doğulan uşağı rəsmən tanıyıb şəhadətnamə vermək istəmir. Vətəndaşına şəxsiyyət vəsiqəsi vermir,” o qeyd edib.

Ağayev sual edir ki, `bu idarəetmə niyə bu gündədir?`

“Ona görə ki, peşəkarlar deyil, peşəkar olmayanlar görəvdədir. Bir dəfə ironiya ilə yazmışdım, indi də yerinə düşür: təsəvvür edin ki, Messi səviyyəli futbolçuları atırsan 3-cü liqaya, 3-cü liqanın da oyunçularını gətirib A liqasında oynadıb camaatı onlara baxmağa məcbur edirsən. Deyəcək sözlərin hamısı bitib. Bizim ən yaxşı halda tamaşa edib ya əl, ya da fit çalmağa gücümüz çatır. Sən işləməyə icazə vermədiyin sahibkara yardım da vermirsən, fəaliyyət sərbəstliyi də. Bunun adı nədir?” o yenə sual edir.

Nigar Köçərli: Heç olmasa gündəlik evinə çörək aparan insanları məhv etməyin!

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli də Nazirlər Kabinetinin qərarını tənqidlə qarşılayıb.

Nigar Köçərli

O yazıb ki, karantin dövrü başlayan son 4 ayda heç zaman şikayət etməyib.

Bu səhər heç bir məlumat verilmədən hamının işə çıxmaq icazəsi ləğv olunub. On-line mağazamızda çalışan 20 işçimiz səhər işə gəlsələr də nə sifarişləri çatdıra, nə də evə qayıda bilmirlər. Nigar Köçərli, sahibkar

“Çünki bizimlə yanaşı bütün dünya ağır günlərini yaşayır. Amma son vaxtlar hökümətin qeyri-adekvat qərarları məni məcbur edir ki, bu fikri mən də söyləyim: bunların məqsədi bizi məhv etməkdir? 4 aydır ki, var-gücümüzlə çalışırıq ki, işçilərimiz evə əliboş getməsin, bir qədər maaş alsınlar. Mağazalar bağlandı, dedik heç olmasa on-line satışla yaşayaq.

Bu səhər heç bir məlumat verilmədən hamının işə çıxmaq icazəsi ləğv olunub. On-line mağazamızda çalışan 20 işçimiz səhər işə gəlsələr də nə sifarişləri çatdıra, nə də evə qayıda bilmirlər. Bütün qaynar xətlər deyirlər ki, iş günü müraciət edin. Bu durumda yalnız biz deyilik, minlərlə digər insanlar da bu tələyə düşüb, cərimələnirlər!

Yoluxmanın qarşısını ala bilmirsiniz. Xəstələri xilas edə bilmirsiniz. Evlərində ehtiyac içində acından ölən insanlara kömək edə bilmirsiniz! Heç olmasa gündəlik evinə çörək aparan insanları məhv etməyin!” sahibkar facebook səhifəsində yazıb.

Asima Nəsirli: Bizimlə də problem yaranıb

Hüquqşünas Asima Nəsirli də Nazirlər Kabinetinin qərarından əziyyət çəkdiyini bildirib.

İcazə sistemi isə icazəni təsdiqləmir. Asima Nəsirli, hüquqşünas

“Bizimlə də problem yaranıb. Operativ qərargah açıqlama verib ki, Vəkillər Kollegiyasının üzvləri vəsiqə ilə, Kollegiyanın üzvü olmayan hüquqşünaslar isə portaldan qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər. İcazə sistemi isə icazəni təsdiqləmir, deyir ki, hüquq sahəsində fəaliyyət icazə verilən sahəyə aid deyil,” o qeyd edib.

Mikayıl Şükürov: Vergiyə şikayət yazdıq​

Sahibkar Mikayıl Şükürov yazır ki, dünən 4 nəfər üçün müddətini artırdığı icazələr bu gün dayandırılıb.

“Səbəbini heç nəylə izah etmək mümkün deyil. İcazə verilən sahədir, fəaliyyət növündə də, əmək müqavilələrində də, icazə portalında da bir yanlışlığımız yoxdu. Vergiyə şikayət yazdıq. Nə ilə izah edəcəkləri üzərində bayaqdan baş sındırıram,” o qeyd edib.

Paşa Həsənov: Karantin rejimi biz yetim-yesirlər üçündür

Ictimai fəal Paşa Həsənov yazır ki, insanlar hələ də nəyin mübahisəsinin getdiyini anlamır.

“Hoteldə olanların videosunu (dünən Bakıda hotellərin birində imkanlı insanların hovuzda başınd aistirahət etdiyi barədə video yayılıb-red) yəqin gördünüz. Anlayın, gözəl insanlar bütün sərt karantin rejimi biz yetim-yesirlər üçündür. Konkret feodal dövlətdə yaşayırıq,” ictimai fəal qeyd edib.

İbrahim Məmmədov: Nümayəndə kimi çıxış edənlər portalda qeydiyyatdan keçməlidirlər

Öz növbəsində, Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun - 5 iyul tarixlərində ölkənin bir sıra şəhərlərində tətbiq edilən sərt karantin rejimi qaydalarının bəzi bəndlərinə aydınlıq gətirib.

İbrahim Məmmədov

Belə ki, qərarın 1.2.5-ci bəndində vəkillərin xidməti vəsiqə ilə sərbəst hərəkət edə biləcəyi qeyd olunub. 1.3-cü bənddə isə Qərarın əlavəsində fəaliyyətinə icazə verilən şəxslərin icaze.e-gov.az portalında qeydiyyatdan keçməsi nəzərdə tutulur. Həmçinin, qərarın əlavəsinin 10-cu bəndində “Vəkillik fəaliyyəti” qeyd olunub.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, Vəkillər Kollegiyasının üzvləri xidməti vəsiqə ilə hərəkət edə biləcəklər.

“Hüquq məsləhətxanalarında fəaliyyət göstərən, Kollegiyanın üzvü olmayan, amma hüquq sahəsində işləyən şəxslər, nümayəndə kimi çıxış edənlər portalda qeydiyyatdan keçməlidirlər,” o qeyd edib.

Anar Məmmədli: Sahibkarlara maksimum imkan yaradılmalıdır

Siyasi məsələlr üzrə ekspert Anar Məmmədli hesab edir ki, indiki çətin dövrdə hökumər sahibkarlara maksimum imkanlar yaratmalıdır.

Anar Məmmədli Hazırda vacib məsələ sərt karantin rejiminin yumşaldılması, insanların açıq havada gəzintisinə qadağaların götürülməsidir. Anar Məmmədli, siyasi ekspert

“Əgər ölkədə ictimai səhiyyə xidməti Avropa standartlarına orta səviyyədə cavab versəydi, məmnuniyyətlə karantin rejiminin ləğvinə çalışar, bu yöndə ictimai təşəbbüsləri dəstəkləyərdim. Amma milli səhiyyə sistemi o qədər inkişaf etməyib ki, bu tələbə qoşulum. Hazırda vacib məsələ sərt karantin rejiminin yumşaldılması, insanların açıq havada gəzintisinə qadağaların götürülməsi, aztəminatlı ailələrə sosial dəstəyin artırılması, onlayn satış və çatdırma ilə məşğul olan sektora, həmçinin fərdi sahibkarlara maksimum imkanların yaradılmasıdır,” o qeyd edib.

Zahid Oruc: Sahibkarların tənqidi mövqeləri məruz qaldıqları şəraitlə bağlıdır

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Amerikanın Səsinə müshaibəsində bildirib ki, insanların həyat və fəaliyyətinə, aktivliyinə təsir edən, bu və ya digər şəkildə yaranmış ağır şəraitdən çıxış strategiyasını özündə ehtiva edən qanuni yollarla yumşalma rejimini nəzərdə tutan reseptlər olmalıdır.

Zahid Oruc Sahibkarların çağırışları ən müxtəlif səviyyədə qiymətləndirilməyə layiqdir. Yaranmış şəaritdə hökumətin yükünü azalda bilən alternativ tədbirlər, yumşalma addımlarına gedilməlidir. Zahid Oruc, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri

“Hesab edirəm ki, bir sıra sahibkarların tənqidi mövqeləri onların məruz qaldıqları şəraitlə bağlıdır. Operativ Qərargah buna qədərki dövrdə iqtisadi aktivliyi bərqərar etmək üçün ən müxtəlif, pul-kredit siyasəti, müxtəlif iqtisadi stimullaşdırıcı addımlar, vergi güzəştləri və sairəni həyata keçirməkdə idi. İndi, birdən-birə aktivliyin dayandırılması mövqeyi seçilibsə şübhəszi ki, bu insanların təhlükəsizliynin qorunması məqsədi ilə edilib. Lakin, bir-birnin ardınca verilən qərarların hökumətin bütün strukturları tərəfindən sinxronlaşdırılması və koordinasiya edilməsi tələb olunur. Çox arzulayıram ki, o sahibkarların arzuları nəzərə alınaraq differensial-çoğrafi yanaşma tətbiq olunsun.”

Embed share

Zahid Oruc: Sahibkarların tənqidi mövqeləri məruz qaldıqları şəraitlə bağlıdır

by VOA Embed share The code has been copied to your clipboard. The URL has been copied to your clipboard Facebookda bölüş Twitterdə bölüş

No media source currently available

0:00 0:09:26 0:00 Pop-out player

Onun fikrincə, sahibkarlarla bağlı verilən qərarlar hazır reseptin olmaması ilə bağlıdır.

“Bununla yanaşı, onların bu çağırışları ən müxtəlif səviyyədə qiymətləndirilməyə layiqdir. Yaranmış şəaritdə hökumətin yükünü azalda bilən alternativ tədbirlər, yumşalma addımlarına gedilməlidir. Nəzərə almalıyıq ki, Bakı, onun infrastrukturu çalışmayacaqsa qısa bir müddət sonra sosial-iqtisadi ağırlıq koronavirusla paraleldə insanların həyatını bu və ya digər formada təhdid etmiş olacaq.”

Zahid Oruc hesab edir ki, pandemiya ilə əlaqədar dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda kəndlərə dönüş başlayıb. Hökumət insanların kəndlərə dönüşünü dəstəkləməlidir.

“Kəndlərə dönənlərin təbii ki, bir qismi geri qayıtmayacaq. İlk dəfə olaraq paytaxtın sosial və infrastrukur yükünw azaltmaq üçün şərait yaranıb. Hökumət insanların kəndlərdə yaşamasını iqtisadi vasitələrlə stimullaşdırmalıdır,” o Amerikanın Səsinə müsahibəsində bildirib.

Mənbə: www.amerikaninsesi.org