Mahmud Abbas İsrail ilə danışıqlara getmək istəyir - HƏMAS etiraz edir

Mahmud Abbas İsrail ilə danışıqlara getmək istəyir - HƏMAS etiraz edir

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas işğalçı İsrail rejimi ilə yenidən danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Mahmud Abbas açıqlamasında bildirib ki, bu danışıqlara sadəcə beynəlxalq müşahidəçilərlə birlikdə qatılmaq mümkün olacaq.

Bundan əlavə işğalçı İsrail rejiminin ilhaq qərarını da qınayan Mahmud Abbas bunun beynəlxalq hüquqa zidd olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, HƏMAS hərəkatından verilən açıqlamada Mahmud Abbasın bu açıqlaması pislənilib və İsrail rejimi ilə müzakirələrin Fələstin xalqının dəyərlərinə zidd olduğu xatırladılıb.

Mənbə: FIM

Mənbə: eastnews.org