“Etiraf etməliyik ki, biz ümumilikdə basabas salmağı xoşlayan toplumuq”

“Etiraf etməliyik ki, biz ümumilikdə basabas salmağı xoşlayan toplumuq”

Elçin Şıxlı: “O ki qaldı, karantin rejimində sosial məsafə saxlamağa, burada ictimai qınaq hökmən olmalıdır”

Koronavirusun yayılmasıfonunda karantin rejiminin qaydalarına əməl etməyənlərə münasibətdə ictimaiqınağın tətbiqinin zəruriliyi son günlərin ən çox müzakirə edilən məsələlərisırasındadır.

Sadəcə, karantin rejiminin qaydalarını pozan, maskataxmayan, sosial məsafə gözləməyənlərə qarşı deyil, cəmiyyətədki bütün neqativlərəvə eyəcərliklərə münasibətdə ictimai qınağın ortaya qoyması nə dərəcədə vacib vəeffektivdir?

Moderator.az-a açıqlamaverən media eksperti Elçin Şıxlı ictimai qınağın mühüm əhəmiyyətə malikolduğuna diqqət çəkdi:

 

“İctimai qınaq böyük qüvvədir,sadəcə ortada qınanmalı bir şey varsa... O ki qaldı, karantin rejimində sosialməsafə saxlamağa, burada ictimai qınaq hökmən olmalıdır. Əgər hardasa növbəgözləyəndə, kimsə sosial məsafə tələbinə əməl etmirsə, o zaman sıradakı digərinsanlar buna öz etirazını bildirməli, onu sosial məsafə saxlamağa səsləməlidir.Lakin təəssüflər olsun ki, insanların bəzisi ictimai qınaq amilinə o qədər dəönəm vermir.

Ümumilikdə etiraf etməliyikki, biz basabas salmağı xoşlayırıq. Ancaq pandemiyanın yayıldığı indiki dönəmdəsosial məsafə amilinin saxlanılması vacibdir və bunu pozanlara da ciddi qınaqolmalıdır. Biz əhatəmizdəki insanları qayda-qanuna çağırmasaq, heç nə düzələsideyil. Biz bu xəstəliyə qalib gəlmək istəyiriksə, o zaman özümüz-özümüzüqorumalı, ətrafdakıları da qaydalara əməl etməyə səsləməliyik”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az