Ermənistanda böhran daha da dərinləşəcək

Ermənistanda böhran daha da dərinləşəcək

Ermənistan Konstitusiya Məhkəməsi ətrafında böhran getdikcə dərinləşir. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalalədə qeyd olunub.
“Vahe Qriqoryan Konstitusiya Məhkəməsinin hakimi seçilmişdi. Konstitusiya Məhkəməsində böhran var. Lakin o, Konstitusiya Məhkəməsinin iclasında iştirak etməyə başladığı gündən bəri Konstitusiya Məhkəməsində daha dərin böhran var”, - deyə “Hraparak” nəşrinin Ermənistan Konstitusiya Məhkəməsindəki mənbəsi bildirib.
Mənbə qeyd edib ki, böhran daha da dərinləşəcək.
Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az