Moskvadan Ankaraya sərt xəbərdarlıq: “Açıq şəkildə deyirik...”

Moskvadan Ankaraya sərt xəbərdarlıq: “Açıq şəkildə deyirik...”

“Rusiya Ayasofyanın statusunu müəyyən edərkən Türkiyənin bu tarixi abidənin qlobal əhəmiyyətini nəzərə alacağını gözləyir”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

“Biz öz mövqeyimizi gizlətmirik və təbii ki, Türkiyə tərəfinin qəbul etdiyi qərarlar barədə danışdığımıza inanırıq. Bu obyektin qlobal əhəmiyyətini də nəzərə alacağını gözləyirik” – rus diplomat vurğulayıb.

Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aidiyyəti qurumlara Ayasofiyanın məscidə çevrilməsinin mümkünlüyünü araşdırmağı tapşırıb. Bundan sonra Türkiyə Ali Məhkəməsi Ayasofyanın statusunun prezidentin fərmanı ilə dəyişdirilə biləcəyinə dair qərar verib.

Mənbə: teleqraf.com